Ağsu rayonunun mərkəzi hissəsində yerləşən bazarda yanğın hadisəsi baş verib.

Unikal.org Report-a istinadən  xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğın Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Hazırda onun söndürülməsi istiqamətində iş aparılır.

Əlavə məlumat veriləcək.