Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb.

 
FHN-dən Unikal.org-a verilən məlumata görə, yanğın zamanı binadan 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 Mənzillər yanğından mühafizə olunub.Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.