Sabirabadda piyada vurulub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabirabad rayonunun Çöl Beşdəli kəndində qeydə alınıb."KamAZ markalı, 49 BH 338 dövlət nömrə nişanlı yük avtomobili yolu keçən, rayonun Nəsimi kənd sakini, 1990-cı il təvəllüdlü Sadıqov Racu Aydın oğlunu vurub.Piyada müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.