NATO-ya üzv olan bütün ölkələr Suriyanın bombalanmasını dəstəkləyib

Unikal.org  "Sputnikə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

NATO-ya üzv olan bütün ölkələr ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya qarşı hərbi əməliyyatını dəstəkləyib.

ABŞ, Böyük Britaniya və Fransa Şimali Atlantika Alyansının Brüsseldə NATO-nun qərargahında keçirilmiş fövqəladə iclasında Suriyadakı vəziyyət barədə müttəfiqlərini məlumatlandırıblar.

Toplantıda 29 üzv ölkənin daimi nümayəndələri iştirak ediblər.