Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov seçki məntəqələrində veb-kameraların sayının artırılmasını təklif edib.
Unikal.org-un xəbərinə görə, MSK-nın bu gün keçirilən iclasında Natiq Məmmədov deyib ki, səsvermə günü seçki məntəqələrində müşahidə kameralarının sayı artırılmalıdır.
O bildirib ki, bu, əlavə xərclərin də qarşısını alacaq: "Beynəlxalq təşkilatların müşahidə missiyası da ölkəyə gəlməyə bilər. Öz ölkələrində veb-kameralar vasitəsilə izləyə bilərlər".
O, bəzi beynəlxalq təşkilatların müşahidə missiyalarının prezident seçkiləri ilə bağlı mövqeyinin qərəzli olduğunu bildirib: "Deyirlər, seçkidə saxtakarlıq olub. Bunu nəyə əsasən deyirlər? Hansı namizədin hüququ tapdanıb?".