Bu gün Türkiyə çempionatında XXVIII tura start verilib. 

Unikal.org  Apasport.az saytına istinadən xəbər verir ki, ilk oyun günündə çempionluğa iddialı "Beşiktaş "Akhisarın qonağı olub.

 Erkən qolla hesabı açan İstanbul klubu fasiləyədək meydan sahiblərini daha bir dəfə məyus edib. İkinci hissədə 3-cü qolu vurub, böyükhesablı qələbəni rəsmiləşdirən "Beşiktaş ən azı 2 günlük zirvəyə yüksəlib.

 Belə ki, bu turadək "ağ-qaraları qabaqlayan iki komanda -  "Başakşəhər və "Qalatasaray aprelin 15-də qarşılaşacaq və liderlik üçün mübarizə aparacaq. Superliqanın daha bir iddialısı "Fənərbaxça turun ikinci günündə "Sivassporun qonağı olub və qələbə qazanıb.

 Qeyd edək ki, 4 gün davam edəcək tura aprelin 16-da keçiriləcək "Osmanlıspor - "Trabzonspor matçı ilə yekun vurulacaq.

 Türkiyə Superliqası

XXVIII tur

13 aprel

"Akhisar - "Beşiktaş - 0:3

Qollar: Babel, 3, 48, Neqredo, 20

 

14 aprel

"Kasımpaşa - "Karabükspor - 2:0

Qollar: Trezege, 55, Mensa, 66

 

"Yeni Malatyaspor - "Alanyaspor - 1:1

Qollar: Adem Büyük, 78 - Silva Souza, 90+4

 
"Sivasspor - "Fənərbaxça - 1:2

Qollar: Robinyo, 90 - Şaşeşu, 30, Medyani, 33 (avtoqol)

 
15 aprel

14:30. "Kayserispor - "Gənclərbirliyi

17:00. "Antalyaspor - "Konyaspor

17:00. "Göztəpə - "Bursaspor

20:00. "Qalatasaray - "Başakşəhər

 
16 aprel

21:00. "Osmanlıspor - "Trabzonspor