Bu gün Bakı şəhəri, Qaradağ rayonunda "Mercedes markalı mikroavtobus və "Mercedes markalı minik avtomobili toqquşub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.