Rusiyada baş verən yol qəzasında dörd nəfər ölüb.

Unikal.org RİA "Novosti agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 14-də saat 23.15-də Yeni Moskva yolunun Novofyodorovsk yaşayış məntəqəsindən keçən hissəsində "VAZ 21124 markalı minik avtomobili aşaraq yanıb.

Nəticədə sürücü və üç sərnişini yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.