Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında böyüklər arasında batut növündə sinxron çütlüklərdə Azərbaycan təmsilçiləri gümüş medal qazanıblar.

Unikal.org xəbər verir ki, qadın gimnastlarımız Veronika Zemlianaia və Sviatlana Makştarova ikinci yerə sahibi olublar. Belarus idmançıları Anita Makulova və Desislava Manalova birinci, Ukrayna təmsilçiləri Sviatlana Malkova və Nataliya Moskvina cütlüyü isə üçüncü yerə çıxıblar.