Azərbaycanlı aktrisa Gülşən Hüseynlinin müğənni Orxan Babazadə ilə nişanlanması haqqında xəbərlər yayılıb.

Unikal.org xəbər verir ki, bəzi mənbələrdə cütlüyün toy hazırlıqlarına başlanması haqqında da yazılıb.

Aktrisa Milli.Az-a yayılan xəbəri təkzib edib: " Biz nişanlı deyilik, sadəcə dostuq. Bu xəbərlərə həm Orxan, həm də mən gülüb keçmişik. Fotolarımız isə tədbirlərdən birində çəkilib" deyə aktrisa bildirib.