Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində 60 m2 sahədə məişət tullantıları yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı binadan 6 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və zirzəminin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.