"Ayaksda olduqca gərgin durum yaranıb.

Unikal.org xəbər verir ki, Hollandiya çempionatının 31-ci turunda "Ayaks PSV-yə 0:3 hesabı ilə məğlub olub. Eyndhoven klubu əzəli rəqib üzərindəki qələbədən sonra çempionluğu rəsmiləşdirib.

Bundan sonra "Ayaksın fanatlarının etirazı başlayıb. Futbolçuları gətirən avtobus Amsterdama qayıtdıqdan sonra, "Yohan Kroyf Arenanın qarşısınsda fanatlar avtobusu mühasirəyə alıblar.

Özlərini aqressiv aparan azarkeşlər avtobusun pəncərələrini döyəcləyib, klubun baş direktoru Edvin van der Sarın istefasını tələb ediblər.

Avtobusdan çıxmağa məcbur olan Edvin fanatlarla söhbət edib. Ona baş məşqçi Erik ten Haq da qoşulub. Onlar fanatları nisbətən sakitləşdirməyə və avtobusu mühasirədən çıxarmağa nail olublar.