FİFA klublararsı dünya çempionatının formatını dəyişəcək.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı FİFA-nın prezidenti Canni İnfantino verib. O bildirib ki, format dəyişkliyi 2021-ci ildən sonra baş verəcək.

İlkin məlumata görə, format dəyişikliyindən sonra klublararası dünya çempionatı hər il yox, dörd ildən bir keçiriləcək və 31 oyundan ibarət olacaq.

FİFA bu turnirdən 650 milyondan 1 milyarda qədər gəlir götürməyi planlaşdırır. Turnirdə Çempionlar Liqasının və Avropa Liqasının son 4 ilinin qalibləri iştirak edəcək.

Cənubi Amerikadan 4 və ya 5, Asiya, Afrika və KONKAKAF-dan 2, Okeaniya zonasından isə 1 komandanın dəvət edilməsi planlaşdırılır. Turnirin gəlirlərinin 75 faizi iştirakçılar arasında bölünəcək.