Meşədə yanan avtomobilin içində tapılan cəsədin sirri açılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, həyat yoldaşı və 2 oğlu iş adamına yuxu dərmanı verib, yatırandan sonra xalçaya bürüyüb, avtomobilə qoyduqdan sonra maşını yandırdıqları məlum olub.

Türkiyənin İzmir şəhərində polisin araşdırmasından sonra iş adamının arvadı və övladları məsuliyyətə cəlb olunub, dindirilərkən onlar qandonduran cinayəti etiraf edib. Təhlükəsizlik kameralarına düşən bir məlumat polisi hərəkətə keçirib. Gecə saatlarında Murat Ö.-nün maşını ilə başqa bir avtomobilinin eyni evin qabağından keçdiyi məlum olub. Bu məlumatdan sonra araşdırmalara başlayan polis iş adamının həyat yoldaşı Öznür.Ö, oğulları Batuhan və Hadi Ö. şübhəli olaraq saxlanılıb. İfadə verən mərhumun həyat yoldaşı və oğulları törətdikləri cinayəti etiraf edib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.