SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
Polis bu qadını axtarır - FOTO
HADİSƏ 13:28 / 16.04.2018
Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: Boyu 150 sm., arıq bədən quruluşludur, qısa sarı saçı var. Evdən çıxarkən əynində göy cins şalvar, qara gödəkçə və göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 8-ci Polis Bölməsinə (012) 437-02-02, (012) 491-02-02, (050) 210-59-05 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.