SON XƏBƏRLƏR
18 Iyul 2018
17 Iyul 2018
Sarkisyan rəsmən baş nazir postuna irəli sürüldü
DÜNYA 15:21 / 16.04.2018
Ermənistanın hakim Respublika Partiyası və "Daşnaksutyun” partiyasının parlament fraksiyalarının birgə iclasında Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürülüb.

Unikal.org "news.am” istinadən verdiyi məlumata görə, iclas cəmi 5 dəqiqə çəkib.

Ermənistan Respublika Partiyası fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bildirib ki, S. Sarkisyanın namizədliyi ilə bağlı səsvermə sabah parlamentdə keçiriləcək.

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.