Türkiyədən Yunanıstana qaçan "Fətullahçı terror təşkilatının (FETÖ) üzvləri olduğunu deyilən 8 hərbiçi gələn ayın ortası sərbəst buraxılacaq.

Unikal.org xəbər verir ki, bu barədə Yunanıstan ədliyyə naziri Stavros Kontonis, ölkələrindəki 8 FETÖ-çü hərbiçinin may ayında sərbəst buraxılacağını bəyan edib.

Kontonis bəyan edib ki, 18 aydan sonra Yunanıstanda saxlanılan 8 nəfərlə bağlı istintaq işi yekunlaşıb və onların həbs olunmasına səbəb tapılmayıb: "Onların sərbəst buraxılacaq və hərbiçilərin həbsi üçün əlimizdə sübut yoxdur. Türkiyə tərəfindən də onların Yunanıstanda mühakimə olunmaları üçün bir sübut gəlməyib".

Xatırladaq ki, 2016-ci ilin 15 iyul tarixində Türkiyədə "Fətullahçı terror təşkilatının (FETÖ) üzvləri tərəfindən dövlət çevrilişinə cəhd olmuşdu. Bu hadisələrdən dərhal sonra Türkiyədə bu təşkilatın üzvlərindən sayılan 8 nəfər - hərbiçi və əsgər Yunanıstana qaçmışdı. Türkiyənin tələb cəhdlərinə baxmayaraq bu günədək Yunanıstan sözügedən 8 hərbiçinin ekstradisiyasına razılıq verməyib.