Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Salyan şəhər İncəsənət Məktəbinin yaxınlığında qeydə alınıb.

Qəza zamanı rayonun Aşağı Kürkənd kənd sakinləri: - 1996-cı il təvəllüdlü Cəlil Əhəd oğlu Məmmədov, 1988-ci il təvəllüdlü Ramil Rasif oğlu Abbasov və 1996-cı il təvəllüdlü Vasif Vidadi oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.