Ermənistanın paytaxtı Yerevanda keçirilən kütləvi itaətsizlik aksiyasından sonra 6 polis olmaqla, ümumilikdə 46 nəfər xəstəxanaya müraciət edib.

Unikal.org  erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, xəstələrin böyük əksəriyyəti ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Verilən məlumatda ixtişaşlarda xəsarət alanların həyatı təhlükəsi yoxdur.