Bakıda üç nəfəri maşın vurub.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a  verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi "Mercedes markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri - Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

 Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.