Aparıcı Azər İsmayılov keçmiş həyat yoldaşı və həmkarı Vüsalə Əlizadə ilə birgə əvvəllər çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. Bu da cəmiyyətdə onların barışdığı barədə iddialar ortaya qoyub. Xanım aparıcı sözügedən informasiyaya üstüörtülü şəkildə cavab verib.

Unikal.org xəbər verir ki,  Vüsalə sosial şəbəkədə məlumatın doğru olmadığını bu şəkildə bildirib:

"İnsanlar sevdikləri şeyləri məhv etməyə, məhv etdikləri şeyləri yenidən sevməyə meyillidirlər. Amma çox vaxt unudurlar ki, daldan atılan daş topuğa dəyər. Hər kəsə hörmətlə yanaşıram. Bu, hər zaman belə olub. Mənim kiməsə deyiləcək sözüm olanda onu şəxsən özünə çatdıracaq qədər cəsur qadınam. Saman altdan su yeridib, yersiz mesajlar göndərmək mənlik deyil. Reklamlı şəkildə oyun oynamağı da şərəfimə sığışdırmıram. Xahiş edirəm, fikrimi beynimə belə yaxın buraxmadığım mövzulara yozmayasınız".

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.