Portuqaliya millisinin və "Real klubunun ulduz futbolçusu Kriştiano Ronaldo keçmiş sevgilisi İrina Şeyki unuda bilmir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo u barədə dostlarına, yaxın ətrafına danışıb. Portuqaliya mətbjuatına danışan, adının açıqlanmasını istəyəməyən şəxs Ronaldonun yaxını olduğunu deyib. Onun bildirdiyinə görə Ronaldo Şeykə qarşı hələ də sevgi hissləri bəsləyir. O, rus modeli onun hazırkı sevgilisi, Hollivud aktyoru Bredli Kuperə qısqandığını bildirib. Hətta futbolçunun keçmiş sevgilisi haqqında "Onu əlimdə tutub saxlaya bilmədim" dediyi də iddia edilib.

Qeyd edək ki, Ronaldo ilə Şeyk 2015-ci ilin yanvarında ayrılıblar. Onların ayrılmasına müxtəlif səbəblər göstərilir. Məlumata görə, İrina Ronaldodan uşaq dünyaya gətirmək istəsə də, futbolçu onunla razılaşmayıb.