Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək sonuncunu döyüb. K.Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K.Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.

A.Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb. A.Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.