"AzərişıqASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala, Səlyan və Kürdəmir Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir.

Unikal.org xəbər verir ki, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.
İşə qəbul Səhmdar Cəmiyyətin "İşə Qəbul Komissiyası tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək. Sənədlər 2018-ci il aprel ayının 20 tarixinə kimi İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala və Səlyan Elektrik Şəbəkələrinin inzibati binalarında və "Azərişıq ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq.

Tələb olunan sənədlər:

-¢ Fotoşəkilli anket forması (CV);
-¢ Şəxsiyyəti təsdiq edən sənədin surəti;
-¢ Təhsil haqqında sənədin surəti.
Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili - 22-32)