Aparıcı Çiçək Vakkas keçmiş sevgilisi Tunar Rəhmanoğlu barəsində dediyi "Mənə olan sevgisinə "Məcnun sevgisi deyilirdi sözləri cavabsız qalmayıb.

Unikal.org-un məlumatına görə, T.Rəhmanoğlu "İnstagram"da "Bizimshow_az" səhifəsinə şərh yazaraq, aparıcının cavabını verib:

"Çox gərəksiz... Mənasız, yersiz, lazımsız söhbətlərdə başlıq, xəbər olmağa vaxtım yoxdur. Şişirdiləcək bir şey də yoxdur. Məcnun və Romeonun ruhuna fatihə. Amma mən onları yalnız filmlərdən tanıyıram.

Qeyd edək ki, Çiçək adının Tunarla hallanmasına etiraz edərək bu sözləri demişdi: "Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova - red.) verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə "Məcnun sevgisi deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü.

Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil.