FİFA DÇ-2018-in oyunlarına bilet satışı ilə bağlı hesabatı açıqlayıb.

Unikal.org xəbər verir ki, indiyə qədər 1 698 049 bilet satılıb. Bu biletlərin təxminən yarısını, 796 875-ni (46,9%) rusiyalı azarkeşlər alıblar.

Maraqlıdı ki, yığma komandası mundialda iştirak etməyən ABŞ vətəndaşları da DÇ-yə böyük maraq göstərirlər. Bilet alanlar sırasında ABŞ ikinci yerdədi. Bu ölkənin vətəndaşları 80 161 bilet alıb.

Sonrakı yerləri Braziliya (65 863), Kolumbiya (60 199), Almaniya (55 136), Meksika (51 736), Argentina (44 882), Peru (38 544), Çin (36 841), Avstraliya (34 628) və İngiltərə (30 711) tutur.