Qubada qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Ş.Sumxayeva orada ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən M.Miqirov saxlanılıb.

Araşdırma aparılır.