"Azərbaycanda corab istehsalına başlanılır.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib. Onun sözlərinə görə corab istehsalı zavodu bu il ərzində istifadəyə veriləcək:

Zavodda il ərzində 1.9 milyon corab istehsal olunacaq. Corab İstehsalı zavodunun tikintisi 1.3 milyon manata başa gələcək. İstehsal olunan corablar isə xaricə ixrac olunacaq.