Qazax rayonunda dağda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 17-də axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qazax rayonu, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağında 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Yerin çətin keçilən qayalıq ərazi və sutkanın qaranlıq vaxtı (gecə saatları) olduğunu nəzərə alaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Bir neçə saat davam edən axtarış işləri nəticəsində hər iki vətəndaşın yeri müəyyən olunub. Xilasedicilər köməksiz vəziyyətdə qalmış 1997-ci il təvəllüdlü Mirzəyev Qasım İbrahim oğlu və 1999-cu il təvəllüdlü Qocayev Cəfər Arzu oğlu ilə müvafiq psixoloji söhbətlər aparıb, daha sonra ikisi təxminən 150 metr hündürlükdən endirilərək hadisə yerində olan həkim briqadasına təhvil verilib.

Əməliyyat uğurla başa çatıb.-‹