Azərbaycanda milyonlarla manat güzəştli şərtlərlə banklardan kredit alıb, sahibkarlıq fəaliyəti ilə məşğul olan qadınların sayı açıqlanıb.

Unikal.org xəbər verir ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu günədək Azərbaycanda 4101 qadın sahibkara 95.4 milyon manat güzəştli kredit verilib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, əhalinin həssas qruplarının, o cümlədən məcburi köçkün və qaçqınların, eləcə də qadın və gənc sahibkarların güzəştli kreditlərdən maksimum bəhrələnməklə biznes yaratmaları daim diqqət mərkəzində saxlanılır. 

Belə ki, 2076 məcburi köçkün sahibkara 47.3 milyon manat, 5639 gənc sahibkara 435.3 milyon manat güzəştli kredit verilib.