Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib. Bir kişi qadını 2 saat hamamda saxlayaraq, ona təcavüz etmək istəyib. Gənc qadını 3 yerindən bıçaqlayan şəxs ittihamları qəbul etməyib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada 13 il öncə boşanmış qadın oğlan dostu ilə bir evdə görüşüb. Məlumatda bildirilir ki, onlar 6 ildir tanışdırlar. Oğlanın spirtli işçki qəbul etdiyini anlayan qadın onu evindən qovmaq istəyib. Əsəbləşən kişi qadını hamam otağına salıb qapısını bağlayıb və ona təcavüz etmək istəyib.

2 saat hamamda qalan qadın qaçaraq canını qurtarıb. Sonra polisə müraciət edən E.U. adlı qadın məhkəmədə bildirib ki, evimin 10 yerində oğlanın əl izləri, bədənimdə diş izləri var. 

Həmçinin qadın bildirib ki, xoşbəxtlikdən 15 yaşındakı qızım evdə olmayıb. Hakim qarşısına çıxarılan şübhəli Ç.Ç məhkəmədə haqqında səsləndirilən iddiaları qəbul etməyib. 

Mayın 14-də hakimin cinayəti törədən şəxsə cəza verəcəyi gözlənilir.