Xəbər verdiyimiz kimi, Türkiyənin Dənizli vilayətinin Pamukkale bölgəsində yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb. Türkay İsayevanın meyitini bu gün səhər saatlarında qonşuları tapıb. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki uşaq anasının qatili polis tərəfindən saxlanılıb. Bildirilir ki, ekspertiza zamanı İsəevanın döyülərək öldürüldüyü təyin edilib. Polisin araşdırması zamanı hadisəni birlikdə yaşadığı 28 yaşlı Metkan Öztürkün törətdiyi bəlli olub.

Saxlanılan Öztürk ifadəsində mübahisə etdiyi İseyevanın pilləkandan yıxıldığını, daha sonra qalxıb alt mərtəbədəki dostunun evinə getdiyini söyləyib.

Öztürk bildirib ki, İsayevanın yuxarı qalxmadığını görüb yanına gedib və evə gətirib. O Türkayın evə gəldikdən sonra yatdığını və bir daha oyanmadığını deyib. Metkan Öztürk ifadəsində onu da qeyd edib ki, qadının oyanmadığını gördükdən sonra təcili tibbi yardıma zəng edib.

Mübahisə zamanı İseyevanın nərdivandan yıxıldığını deyən Öztürk məhkəmədən sonra həbs olunub.