2018-ci il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat təşkil edib.

Unikal.org-un məlumatına görə, əmanətlərin 62,1 faizi xarici, 37,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 2,0 dəfə artıb, xarici valyutada əmanətlər isə 14,6 faiz azalıb.

Qeyd edək ki, 2018-ci il fevralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib.(trend)