Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu K.Səfərəliyeva küçəsində "London TX4" markalı taksi ilə "Mitsubishi" markalı minik avtomobili toqquşub. Nəticədə taksidə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.