Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Aydın Kərimov idarə etdiyi "İsuzu markalı, 01 BU 984 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə Şəki rayon sakini, 1975-ci il təvəllüdlü Araz Səmədi vurub.

Ağır xəsarət alan A.Səmədin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Səməd şairdir.