"Cicişlər ləqəbi ilə tanınan Esra Ersoy və Ceyda Ersoy bacıları növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər zaman bir-biri ilə dava edən bacı bu dəfə yaşadıqları evdə saçyoldusuna çıxıblar. Ersoy bacıları arasında mübahisəyə səbəb olduğu deyilən video internet portallarında yayılmağa başlayıb.

"Cicişler kmi məşhurlaşan bacılardan Esra Ersoyun çılpaq şəkildə olan videosunu iş adamı Hacı Sabancıya göndərdiyi iddia edilir. Bacısıyla dava etdikdən sonra polisə düşən Esra Ersoyun telefonda kiməsə "aramızı Ceydamı vurdu? dediyi bildirilir. Həmin şəxsin isə "Sabancılar nəslinin nümayəndəsi Hacı Sabancı deyilir.

Qeyd edək ki, iş adamı Hacı Sabancı biznesə ailələrinin Sabancı Grubunda başlayıb. Xeyriyyəçi kimi tanınır.