Aparılacaq təmir işləri ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin "Koroğlu stansiyasının "piramida" adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanacaq. 

Unikal.org quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq.