"SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri əmək haqlarının gecikməsinə görə, etiraz aksiyası keçirirlər.

Unikal.org-a daxil olan xəbərə görə, bu gün "SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Kimya Sənaye Parkında 2000-nə yaxın işçi maaş tələbiylə etiraz aksiyası keçirib.

Aylardır ki, əmək haqqı ala bilməyən işçilər şirkət rəhbərliyindən maaş problemlərinin həll edilməsini tələb ediblər.

"SOCAR Polymer Məhdud Məsuliyyətli CəmiyyətindəÑ‚ Unikal.org-a bildiriblər ki, bütün işçilərin əmək haqları bir həftə əvvəl tam olaraq ödənilib: "Hazırda işlər qaydası üzrə gedir, işçilərdən heç bir şikayət daxil olmayıb

Xatırladaq ki, "SOCAR Polymer Məhdud Məsuliyyətli Cəmiyyəti özünü Azərbaycanın neft-kimya sənayesinin inkişafında mühüm rol oynayan aparıcı şirkət sayır.