Məhkumların bir qismi təhvil verilmələrinə köməklik göstərilməsi ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) müraciət edib.

Unikal.org-un xəbərinə görə, Ombudsmanın 2017-ci il üzrə illik hesabatında bildirilib ki, bu müraciətlər əsasında aidiyyəti qurumlara sorğular verilib və müvafiq araşdırmalar aparılıb.

2017-ci ildə Azərbaycan vətəndaşı olan 53 həbs edilmiş şəxs və məhkum xarici dövlətlərdən təhvil alınıb, 81 şəxs və məhkum isə xarici dövlətlərə göndərilib.