SON XƏBƏRLƏR
16 Avqust 2018
15 Avqust 2018
60 ildən sonra prezident dəyişdi - VİDEO
DÜNYA 17:44 / 19.04.2018
Kubanın vitse-prezidenti ölkənin yeni prezidenti olacaq. Belə ki, Raul Kastro bu həftə tutduğu vəzifədən istefa verəcək. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Fidel Kastro 2008-ci ildə istefa vermişdi. O vaxtdan bu postu Raul Kastro tutub. 86 yaşlı Raulun Kommunist partiyasının sədri postunu 2021-ci ilə qədər tutacağı ehtimal edilir.

Raul bildirib ki, yeni liderlərə yol açmaq üçün vəzifəsini tərk etmək istəyir. O, illər əvvəl 2018-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonra yenidən namizəd olmayacağını açıqlamışdı.

Kastronun yerinə 57 yaşlı müavini Migel Diaz-Kanel bu posta yiyələnəcək. Beləcə, 60 ildən sonra Kubanı ilk dəfədir ki, Kastrolar idarə etməyəcək.