Sumqayıtda mənzildən 77 yaşlı qadın meyiti tapılıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1941-ci il təvəllüdlü Culayeva Qalina Vasilyevnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.