SON XƏBƏRLƏR
15 Oktyabr 2018
14 Oktyabr 2018
Dünya reytinqi açıqlandı: Azərbaycan məşqçiləri irəlilədi
İDMAN 18:48 / 19.04.2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Unikal.org xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçinın adı yer alıb.

Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. Millimizin və "Qarabağ”ın baş məşqçisi 1169 xalla 472-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 11 pillə irəliləyib.

Siyahıda yer alan digər azərbaycanlı məşqçi isə "Zirə”nin çalışdırıcıs Ayxan Abbasovdur. O, 217 xalla 972-ci pillədə yer alıb.

"Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk isə 255 xalla 926-ci sırada qərarlaşıb. Ayxan Abbasov 10, Roman Qriqorçuk isə 5 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ "Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Onu "Barselona”nın çalışdırıcısı Ernesto Valverde və "Qremio”nun baş məşqçisi Renato Qauço izləyir.(qol.az)