Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun "Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirilib.

Unikal.org-un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib. "Sumqayıt" klubu"Qarabağla görüşün nəzərdə tutulandan 1 gün sonra - 22 apreldə keçirilməsini xahiş edib. "Gənclik şəhəri" təmsilçisininmüraciətini və "Qarabağın razılıq məktubunu alan PFL oyunun vaxtını22 aprel saat 19:00-atəyin edilib.

Beləliklə, "Sumqayıt" - "Qarabağ" qarşılaşması"Neftçi" - "Qəbələ" görüşü ilə eyni vaxtda başlayacaq.