20 Oktyabr 2018
19 Oktyabr 2018
"Fənərbaxça" ilə "Beşiktaş" oyunu yarıdan təxirə salındı: Şenol Günəşin başını yardılar - VİDEO
İDMAN 23:33 / 19.04.2018
"Fənərbaxça" ilə "Beşiktaş" arasında bu gün keçirilən kubok oyunun revanş matçı ikinci hissənin 60-cı dəqiqəsində meydançada çıxan gərginliklə bağlı dayandırılıb.

Unikal.org xəbər verir ki, buna səbəb "Fənərbaxça"lı azarkeşlərin "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başına sərt əşya atması olub. Nəticədə Şenol Günəşin başından qan açılıb. O, xəstəxanaya aparılıb və başına tikiş atılıb.

Bundan sonra oyunçular meydandan çıxıblar.

25 dəqiqəlik məsləhətləşmədən sonra hakimlər heyəti oyunun təxirə salındığını açıqlayıblar.