Lənkəranda yaşayış evində partlayış olub. 

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.

S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.