ABŞ-ın Trenton şəhərində (Florida ştatı) naməlum silahlı şəxs restoranda iki polis əməkdaşını qətlə yetirib.

Unikal.org xarici mətbuata istinadən məlumat verir ki, insident şəhərin mərkəzindəki "Eys Çayna restoranında baş verib. Silahlı şəxs restorana yaxınlaşaraq hər iki polisi pəncərənin arxasından güllələyib. Hadisə yerinə gələn polislər atəş açan şəxsi restoranın qarşısında ölü aşkarlayıblar.

Cinayətin motivi müəyyənləşdirilir.