20 Oktyabr 2018
19 Oktyabr 2018
Könül Təranədən DANIŞDI: "Həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz"
MƏDƏNİYYƏT-ŞOU 11:18 / 20.04.2018
Müğənni Könül Kərimova ilə Təranə Qumral arasındakı qalmaqal artmaqda davam edir. Belə ki, Könül Kərimovanın "5/5” verilişində Təranəni görəndə durub getməsi hələ də müzakirə edilir. Müğənni bununla bağlı sosial şəbəkədə onu qınayan izləyicisinə cavab verib.

Unikal.org xəbər verir ki, K.Kərimova T.Qumralla bağlı baş verənlərin gerçək tərəfini açıqlamaq istəmədiyini biıdirib:

"Siz həqiqəti bilsəniz, həyata, insanlığa nifrət edərsiniz. Ən azı yazdıqlarınıza görə utanarsınız. Şükür edirəm ki, həmin an ürəyim dayanmadı. Allah mənə güc verdi. Nə isə. Hər şey yaxşıdır”.

T.Qumral isə bu paylaşımı yayımlayaraq Könülə iradını bildirib:

"Dostlar, bu, Könüllə bir xanımın yazışmasıdır. Necə yayıldığını bilmirəm. Amma atalar yaxşı deyib, keçinin buynuzu qaşınanda, özünü sürtməyə yer axtarır. Zaur Kamalın verilişinə gəlmişdim, üzbəüz, xalqın qarşısında sözünü üzümə deyərdin. Oradan qaçıb arxadan niyə xəlvət yazışırsan? Mən heç nə demirəm, hər şeyi sizin ixtiyarınıza buraxıram”.