SON XƏBƏRLƏR
23 May 2018
Avtobuslarda “Təhlükəsizlik ayı”na start verildi
CƏMİYYƏT 12:03 / 20.04.2018
Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ən böyük özəl daşıyıcı şirkət olan Xaliq Faiqoğlu MMC paytaxtımızda keçiriləcək "Formula 1” yarışlarını izləmək üçün gələcək çoxsaylı turistlərin və şəhər sakinlərinin məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə "Təhlükəsizlik ayı”na start verib.

Bu barədə unikal.org-a şirkətdən məlumat verilib. Bildirilib ki, 20.04.2018-ci il tarixindən 20.05.2018-ci il tarixinədək davam edəcək "Təhlükəsizlik ayı”nın əsas məqsədləri sərnişindaşıma sahəsində xidmətin təkmilləşdirilməsi, sürücü-sərnişin münasibətinin tənzimlənməsi, sürücülər tərəfindən yol-hərəkəti qaydalarına riayət etmələri, qəza hallarının minimuma endirilməsi, paytaxtımıza gələn turistlərə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasıdır. Artıq bununla bağlı şirkətin rəhbər şəxslərinin də daxil olduğu müvafiq komissiya yaradılıb. Həmçinin sürücü-dispetçer heyətinə təhlükəsizlik jurnalları paylanılıb.

"Təhlükəsizlik ayı” çərçivəsində "Xaliq Faiqoğlu” MMC-nin istismarında olan marşrut xətləri üzrə fəaliyyət göstərən bütün avtobusların üzərinə müvafiq elanlar vurulacaq. Həmçinin sürücülər üçün maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Bundan başqa srnişinlərlə maarifləndirici söhbətlərin aparılması, onların ictimai nəqliyyatla bağlı bəzi yol-hərəkəti qaydaları üzrə məlumatlandırılması işi təşkil ediləcək. Eyni zamanda komissiya üzvləri marşrut xətlərinin dispetçer heyətinin işinə nəzarətin artırılması məqsədi ilə təlimatlandırılıb.

"XaliqFaiqoğlu” MMC "Təhlükəsizlik ayı” ayı çərçivəsində 10 gün müddətində xidmət səviyyəsinin yoxlanılması sorğusu da həyata keçirəcək. Bu məqsədlə 8 nəfərdən ibarət əlavə komissiya yaradılıb və komissiya üzvləri hər biri iki nəfərdən ibarət olmaqla 4 qrup formasında səyyar fəaliyyət göstərəcək. Hər bir qrup üzvləri sərnişinlərlə xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə yazılı sorğu keçirəcək. Sorğuda avtobusun rahatlığı, sürücülərin davranışı, digər sərnişinlərin davranışları, Bakıda sərnişin mədəniyyətinin səviyyəsi kimi bəndlər qiymətləndiriləcək.

Sorğunun gedişində xidmət səviyyəsinin qiymətləndirilməsi də planlaşdırılır. Bu zaman avtobuslarda sürücülərin dayanacağa yanaşması, qapıların hamısını açıb-açmaması, geyiminin səliqəsi, sürücülərin sərnişinlərlə ünsiyyəti, şəhərin mərkəzindəki çoxsaylı turistlərlə rəftarı və dil biliyinin səviyyəsi müəyyənləşdiriləcək.