Bakıda evdən 3 min manatlıq qızıl oğurlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanılıb.