SON XƏBƏRLƏR
22 May 2018
Arif Alışanova sui-qəsd edənlər məhkəmədə prokuroru və vəkili təhqir etdilər
HADİSƏ 12:49 / 20.04.2018

Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV” sədri Arif Alışanova 4,6 milyon manat pul "atmaqda” və ona qarşı sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun məhkəməsi keçirilib.

Unikal.org xəbər verir ki, məhkəmə zalında təqsirləndirilən şəxslər Qoçəli Cəbiyev, Şücayət Ələkbərov prokuroru təhqir edib. Bu səbəbdən də prokuror ona xəbərdarlıq edib. Ş.Əkbərov A.Alışanovun vəkilinə "canına azzar" deyərək təhqir edib. Təqsirləndirilən şəxsin məhkəmə prosesində qarşı tərəfi təhqir etməsinə hakim tərəfindən növbəti dəfə xəbərdarlıq edilib.

Daha sonra Q.Cəbiyev prokurorun ünvanına qeyri-etik fikirlər səsləndirib. Prokuror və A.Alişanovun nümayəndələri buna öz etirazlarını bildiriblər.

Q.Cəbiyevin oğlu da zalda onlara ağır ifadə işlədib. Bu zaman hakim Q.Cəbiyevin oğluna xəbərdarlıq edərək onu zaldan çıxarıb. Lakin Cəbiyevin oğlu zaldan çıxmaq istəməyib. Bu səbəbədən də hakim tərəfindən növbəti xəbərdarlıq alıb: "Elə etmə ki, polis çağıraq”.

Bu xəbərdarlıqdan sonra Qoçəli Cəbiyevin oğlu zaldan çıxarılıb. 

Qeyd edək ki, Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.